İsveç qəzetində Tofiq Bəhramova həsr olunmuş məqalə dərc edilib
14 noyabr 2023 739
İsveçin “Dagens Nyheter” qəzeti Bakıda keçiriləcək Azərbaycan-İsveç matçı ərəfəsində əfsanəvi azərbaycanlı arbitr Tofiq Bəhramova məqalə həsr edib. O, xüsusilə 1966-cı ildə futbol üzrə dünya çempionatının İngiltərə ilə Qərbi Almaniya arasındakı final oyununda mübahisəli qolu britaniyalıların xeyrinə saymaq qərarı ilə tarixə düşüb. Oyun “Wembley Stadium”da keçirilmişdi.
Topun qapı xəttini keçib-keçməməsi barədə mübahisələr və debatlar uzun müddət davam edib. Lakin 2016-cı ildə Britaniyanın “Sky Sports” şirkəti Tofiq Bəhramovu dəstəkləyib. Şirkət müasir texnologiyaların köməyi ilə sübut edib ki, top həqiqətən də qapı xəttinin arxasında olub.
Almanlar bu qərardan qəzəblənmişdilər və heç vaxt hesaba alınmayacaq olan qol üçün “Wembley-Tor” terminini fikirləşdilər.
“Mənim atam düzgün qərar qəbul etməsi barədə fikrində möhkəm idi. Əlbəttə, bu, olduqca mübahisəli qol idi. Lakin o, əmin idi və kiminsə ona təsir etməsinə imkan vermirdi”, - deyə futbol əfsanəsinin oğlu Bəhram “fifa.com” saytına müsahibəsində bildirib.
Xatırladaq ki, futbol üzrə Azərbaycan yığması cümə axşamı – noyabrın 16-da Avropa-2024 çempionatının seçmə turnirinin cavab matçında İsveç yığması ilə qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı