İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondu “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin təşkilini yüksək qiymətləndirdi
07 aprel 2022 929
İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondu, “Run for Art” beynəlxalq foto müsabiqənin finalçılarının sərgisinin yüksək səviyyəli təşkilinə görə, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə təşəkküt məktubu göndərib. Məktubda deyilir “Sərginin əla təşkilinə və səhnələşdirilməsinə görə, ürəkdən minnətdarlığımızı ifadə edirik. Belə bir xüsusi şəraitdə sərgi keçirə bilmək böyük zövq idi. Tamamilə fantastik iş görmüş Komitənin bütün kollektivinə ən səmimi təbriklərimizi çatdırmağınızı xahiş edirik.” Minnətdarlıq məktubunun sonunda, göstərilən qonaqpərvərliyin də yüksək qiymətləndirildiyi ifadə olunub.
Qeyd edək ki, Aprelin 6-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi keçirilib Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev “Run for Art” beynəlxalq foto müsabiqəsinin münsiflər heyətinin üzvüdür. “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisi 6-16 aprel tarixlərində Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı