Kadetlər arasında zona birinciliyinin final mərhələsinə start verilir
22 aprel 2025 915
Bu gündən etibarən Bakıda boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsinə start verilir. Yarışlar Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə Bakı Boks Mərkəzində keçiriləcək.
Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 50 komandanın tərkibində ümumilikdə 153 gənc boksçu rinqə çıxaraq güclərini sınayacaq. Qaliblər 17 fərqli çəki dərəcəsində müəyyənləşdiriləcək.
Final mərhələsinin ilk döyüşləri saat 15:00-da başlayacaq. Ənənəyə uyğun olaraq, qarşılaşmalardan öncə iştirakçı komandaların paradı keçiriləcək. Turnirin yekun mərhələsi aprelin 26-da başa çatacaq.
Bu mərhələ çərçivəsində qız boksçular arasında da seçim xarakterli turnir təşkil olunacaq. Gənc xanım boksçular arasından 30 nəfər yarışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı