Karateçimiz Tokioda gümüş medal qazandı
07 avqust 2021 1508
Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. Millimizin aktivinə karateçi İrina Zaretska gümüş medal yazdırıb.
61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub. İrina son döyüşü türkiyəli Meltem Akyola qarşı keçirib. 4:0 hesabı ilə qələbə qazanan İrina qrup lideri kimi yarımfinala yüksəlib.
İdmançımız finala vəsiqə uğrunda Çini təmsil edən Li Qonaq ilə üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn İrina həlledici görüşə vəsiqə qazanıb. İrina finalda misirli Fetyal Abdelazizlə qarşılaşıb. 0:2 hesabı ilə məğlub olan idmançımız gümüş medalla kifayətlənib.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı