Karlson bolidi vaxta görə qabaqladı
04 oktyabr 2024 893
"Red Bull" şirkəti Formula 1 bolidi, drift, rallikros və "Pro4" offrod yarış yük maşınının iştirakı ilə qeyri-adi yarış keçirib.
Yarışlar üçün iştirakçılar müxtəlif konfiqurasiyalardan keçiblər. Məhz buna görə maşınların imkanlarını üzə çıxaran xüsusi trek yaradılıb. Yarışın videosu "Red Bull" YouTube kanalında yayımlanıb. Trasda avstriyalı Patrik Friesaxer "Red Bull RB7"də birinci yarışıb -1:20.36. Trasda növbəti sınağı Mayk "Mad Mike" Whiddett keçib. O, Lanzante tərəfindən yaradılmış ən son 1000 at gücünə malik McLaren P1 drift avtomobilində sükan arxasına əyləşib. Whiddett bütün məsafəni 1:21.40 vaxtla qət edib. Formula 1-dən ayrıldıqdan sonra rallikrosda da yarışan Skott Speed "Subaru WRX STI" ilə öz bacarığını nümayiş etdirib - 1:20.56.
Trasda sonuncu yarışan Endryu Karlson Amerika çempionatının yolsuzluq yarışının iştirakçı olan «Pro4» sinifli pikapla məsafə qət edib. Karlson trasın ən qısa variantı ilə, lakin ən çətin səthdə getdi və 1:20.23 vaxt göstərərək Formula 1 bolidini qabaqlayıb.
Qeyd edək ki, "Carwow" YouTube kanalı daha əvvəl "Bugatti Veyron" və "Porsche 918 Spyder" və 2012-ci il mövsümündə "Red Bull" Formula 1 avtomobili arasında keçirilən yarışın videosunu yayımlamışdı.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı