Karyerasını bitirən Azərbaycan güləşçisi: Son yarış mənim üçün əlamətdar oldu
16 oktyabr 2023 750

“Doxsan kiloqramdan yuxarı çəkidə iştirak etdiyim yarışda bürünc medal qazandım və bu medalla idmançı karyeramı sonlandırdım. Ona görə də bu turnir mənim üçün əlamətdar oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində dördüncü yeri tutan Azərbaycan millisinin üzvü Oyan Nəzəriani (+90 kiloqram) şəxsi feysbuk hesabında yazıb.
Seriyanın 5 mərhələsinin yekununa əsasən bürünc medal əldə edən idmançı həm də yığmanın baş məşqçisidir. Komandanın çıxışını dəyərləndirən mütəxəssis bildirib: “Dünya çempionatında İbrahim Yusubov ümumi nəticəyə əsasən qızıl, mən isə bürünc medal qazandım. Ramiz Həsənov əzmkarlığına baxmayaraq, medalın bir addımlığında qaldı və dördüncü yerlə kifayətləndi. İnanıram ki, gələcəkdə uğur qazanacaq. İ. Yusubov isə ardıcıl ikinci dəfə dünya çempionu oldu və hamımızı sevindirdi. İbrahimə bundan sonrakı yarışlarda da qızıl medallar arzulayıram”.
O, sonda yığmaya dəstək olan Azərbaycan Güləş Federasiyasına və azarkeşlərə təşəkkür edib”.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı