Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub
22 aprel 2024 893
Kişi voleybolçuların Yüksək Liqasında bu mövsümün son oyunu keçirilib.
Final qarşılaşmasında “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün "qızıl set" oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar.
Bununla da “Azərreyl” 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.
Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı