Kişilər arasında ACF turunun birinci yarışı keçiriləcək
18 aprel 2023 376
Azərbaycan Cüdo Federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin artırılması, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılması üçün bu ildən etibarən ACF turu adı altında yarışların keçirilməsini planlayır.
İlk belə yarış 19 aprel 2023-cü ildə baş tutacaq. Yarışda 26 klub, cəmiyyət və idman təşkilatından olan 100-dən çox cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Yarışda aparıcı cüdoçulardan Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (-60 kq.), Yaşar Nəcəfov, Kamran Süleymanov, Kəramət Hüseynov (-66 kq.), Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Telman Vəliyev, İbrahim Əliyev (-73 kq.), Zelim Tçkayev (-81 kq.), Elcan Hacıyev, Vüqar Talıbov (-90 kq.), Adil Kərimli, Aslan Mirzəyev, Ruslan Nəsirli (-100 kq.) və Camal Qamzatxanov (+100 kq.) iştirak edəcəklər.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı