Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. IV dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək
01 mart 2023 857
Martın 2-də qadın voleybolçular arasında Yüksək Liqada X turun oyunları keçiriləcək. Həmin gün ilk olaraq meydana “Azərreyl” - “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək. Bu oyunun start fiti isə saat 18:00-da çalınacaq.
Kişi voleybolçular arasında Yüksək Liqada X turun oyunları martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK - “Xarı bülbül” dueli start götürəcək.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı