Xəbərlər

“Krakov-2023”: Azərbaycan karateçiləri və atıcıları mübarizəyə başlayırlar

22 iyun 2023 306

Polşada keçirilən III Avropa Oyunlarında bu gün idmanın 11 növü üzrə yarışlar təşkil olunacaq.

Yarışın ikinci günündə ilk medallar da sahibini tapacaq. Yeddi növ üzrə 21 dəst mükafatın sahibi müəyyənləşəcək.

Azərbaycan yığması bu növlərdən dördündə təmsil olunacaq. Atletika millimiz çıxışını başa vuracaqsa, karateçilərimiz və atıcılar yarışa qatılacaq. Atletlərimiz Krakovda ilk medallarını qazanmaq üçün mübarizə aparacaqlar.

Atletika

12:05. Qadınlar, 200 m

İlahə Quliyeva, Lamiyə Vəliyeva

12:25. Kişilər, 200 m

Əlhəm Nağıyev

12:28. Kişilər, nüvə itələmə

İsmayıl Əliyev

12:55. Qadınlar, uzunluğa tullanma

Fəxriyyə Tağızadə

13:40. Kişilər, 5000 m

Elman Abışov

14:20. Qadınlar, 1500 m

Anna Yusupova

14:42. Qarışıq estafet, 4x400 m

Azərbaycan yığması

Karate

11:00. Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq)

Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq)

Padel

17:00. Komanda yarışı

Atıcılıq

13:15. Kişilər, tapança, 10 m

Ruslan Lunyov

15:15. Qadınlar, tapança, 10 m

Nigar Nəsirova, Nəzrin Abbaslı