Kubokun əsas favoritlərindən sayılan "Sabah" ardıcıl ikinci qələbəsini qazanıb
06 mart 2024 735
6 mart "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda növbəti iki oyun keçirilib. Günün ilk oyunu "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub.
Bu oyun "Sərhədçi" klubunun 92-81 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Şəki" (Hüseyn Əsgərli - 20 xal, 5 ribaund), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 20 xal, 16 ribaund) Günün ikinci oyununda kubokun əsas favoriti "Sabah", "Gəncə" ilə qarşılaşıb. Oyunu 89-77 hesabı ilə qalib tamamlayan "Sabah", "B" qrupunda "NTD-İNDİQO" ilə xallarının sayı bərabərləşdirib. Ən məhsuldar basketbolçular: "Sabah" (Endər Poladxanlı - 25 xal, 8 ribaund), "Gəncə" (Derek Rouds - 21 xal, 2 asist)
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı

