Lənkəranda “Qızlar Futzal Kuboku” keçiriləcək
11 mart 2025 984
AFFA-nın təşkilatçılığı ilə Lənkəranda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək.
AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq.
İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə 15-16 mart tarixlərində təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı