Xəbərlər

Lənkəranda stolüstü tennis yarışı keçirilib

29 oktyabr 2022 600

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “BEAKTİVE” Avropa İdman Həftəsi layihəsi çərçivəsində stolüstü tennis yarışı keçirilib. Turnirə Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, İmişli və Beyləqandan ümumilikdə 70-ə yaxın iştirakçı qatılıb. Maraqlı mübarizənin nəticələrinə əsasən qadınlardan Güllü Qafarova (Salyan) baş mükafata layiq görülüb. Fatimə Ələkbərova (Salyan) ikinci, Azərin Qafarova (Salyan) üçüncü yeri tutub. Kişilərin mübarizəsindən İlkin Abdulov (Şirvan) qalib ayrılıb. Mehman Səmədov (Salyan) gümüş, Elnur Yahyayev (Salyan) bürünc medal qazanıb. Fərqlənən idmançılara, həmçinin fəal iştiraklarına görə paralimpiyaçılar Vüsal Sadıqovla Mədinə Nəhmətovaya AGİN-in və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub. Qeyd edək ki, yarışın təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təmin olunmasıdır.