“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib
07 may 2024 1356
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar, xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.
Təlim sentyabrın 13-15-də təşkil olunacaq növbəti Azərbaycan Qran-Prisinə hazırlıq mərhələsidir. Yarışda 170 marşalın iştirakı nəzərdə tutulur.
Təlimlərin keçirilməsində məqsəd yarış zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır. Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
