Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 14 medalla başa vurdular
06 may 2024 1079
Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 14 ölkədən 323 (209 oğlan, 114 qız) cüdoçunun iştirak etdiyi yarışda komandamız 14 (4 qızıl, 1 gümüş və 9 bürünc) medal qazanıb. Cüdoçularımız turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Məhəmmədəli Hüsiyev (50 kq) və Nihad Məmişov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Digər cüdoçularımızdan Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) isə bürünc medala yiyələnib. Qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medala sahib çıxıb.
Yarışların ikinci günündə isə Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıb.
Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2 qızıl, 4 gümüş, 4 bürünc) 2-ci, Türkiyə (1 qızıl, 3 gümüş,) isə 3-cü yeri tutub.
Bənzər xəbərlər
İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir
Hazırda dünyada problemlər ən çox sıxlıq olan şəhər mühitlərində baş ... Ətraflı
Anar Bağırov: Şəhər planlaşdırması zamanı idman mütəxəssislərinin də rəyi öyrənilməlidir
Park və məktəb həyətləri yalnız yaşıllıq üçün istifadə olunmalı deyil. ... Ətraflı