Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq
08 may 2024 1055
Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.
Olimpiya məşəlini daşıyan gəmi axşam limana yan alacaq və məşəl quruya ötürüləcək.
Fransada olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Floren Manaudu olacaq. Daha sonra bunu adı açıqlanmayan növbəti iştirakçıya ötürəcək. Üçüncü məşəlçi isə Zinəddin Zidan olacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı