Mahir Məmmədov Şahmat Federasiyasına prezident seçilib
26 noyabr 2021 1234
Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib
Noyabrın 26-də Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.
Tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Sloveniyada komandalar arasında Avropa Çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abasova pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı