Maks Ferstappen Mixael Şumaxerin rekordunu təkrarlayıb
20 may 2025 824
“Formula 1”də çıxış edən “Red Bull” pilotu Maks Ferstappen yarış tarixində bir komandanın tərkibində fəxri kürsüyə çıxma sayına görə Mixael Şumaxerin (116) rekordunu təkrarlayıb.
“Autosport”a istinadən, niderlandlı pilot bunu İtaliyada keçirilən Emiliya-Romanya Qran-prisinin qalibi olmaqla gerçəkləşdirib.
Bu qələbə 27 yaşlı sürücü üçün Avstriya komandasının tərkibində 116-cı olub. Hazırkı rekord isə “Ferrari”nin pilotu Lyuis Hemiltona məxsusdur. O, “Mercedes”də çalışdığı müddətdə 153 dəfə fəxri kürsüyə qalxıb.
Niderlandlı pilot həmçinin yarışlarda lider qismində davam etdiyi dövrələrin sayına görə Sebastyan Fetteli geridə qoyub. Ferstappen karyerası ərzində lider kimi ümumilikdə 3560 dövrə vurubsa, Fetteldə bu rəqəm 3501-ə bərabərdir. Bu da “Formula 1” tarixində üçüncü ən yaxşı nəticədir. İlk iki ən yaxşı göstərici Lyuis Hemiltona (5487 dövrə) və Mixael Şumaxerə (5111 dövrə) məxsusdur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı