Mariya Stadnik Paris-2024-ə qələbə ilə başladı
06 avqust 2024 851
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Bu gün qadın güləşi üzrə keçirilən yarışlarda xalça üzərinə dördqat Olimpiya mükafatçımız Mariya Stadnik çıxıb.
50 kq çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz 1/8 finalda almaniyalı Anastasiya Blavyasla qarşılaşıb. Görüşü 6:2 hesablı qələbə ilə başa vuran güləşçimiz 1/4 finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı


