Mayk Tayson 19 ildən sonra rinqə qayıdır – Dünya çempionu yutuberlə döyüşəcək
15 noyabr 2024 746
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson rinqə qayıdır.
Amerikalı idmançı 19 ildən sonra peşəkar döyüş keçirəcək. Onun rəqibi isə tanınmış yutuber Ceyk Pol olacaq.
Noyabrın 16-da ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumuna malik AT&T arenasında təşkil olunacaq döyüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Qarşılaşma 8 raunddan ibarət olacaq.
Boks gecəsində həmin görüşdən öncə daha 3 qarşılaşma keçiriləcək.
Qeyd edək ki, peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.
Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20,8 milyon izləyicisi var.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı