MDB Oyunlarında Azərbaycanın oğlan boksçularından 5-ci qızıl medal
05 oktyabr 2025 - 18:03 509
MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları yekunlaşıb.
Azərbaycan millisinin boksçusu Səfdər Məmmədzadə (+80 kq) Özbəkistan təmsilçisi Farxodjon Bahadirov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər. Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq) və Şahin Aslanov (60 kq) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı