Xəbərlər

Məktəblilərimiz Dünya İdman Oyunlarında çıxış edirlər

15 sentyabr 2021 1340

Serbiyanın paytaxtı Belqrad şəhərində davam edən Dünya Məktəblilərinin İdman Oyunlarında Azərbaycan müxtəlif idman növlərində təmsil olunur.

Karate komandamız 6 medal qazanıb.
14-15 yaşlı yeniyetmələrimizdən Rəşid Süleymanov (-63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar.
Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə Dünya İST Federasiyası tərəfindən xüsusi medalla təltif edilib.

3 taekvondoçumuz fəxri kürsüyə qalxıb. 
Qızlar arasında Zemfira Həsənzadə 41 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək yarışın qalibi olub.
Oğlanlardan Vüqar Aslanov (37 kq) gümüş medal, Harun Salmanzadə (41 kq) isə bürünc medala layiq görülüb.

Serbiya paytaxtında cüdoçularımız da 3 medal qazanıblar.
Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq), Hüseyn Eyvazlı (66 kq) bürünc medala layiq görülüblər.