Məşhur basketbolçunu tarixi rekorddan cəmi bir xal ayırır
03 mart 2025 619
ABŞ-ın “Los-Anceles Leykers” komandasının tanınmış basketbolçusu Lebron Ceyms yeni rekorda imza atmaq ərəfəsindədir.
40 yaşlı oyunçu Milli Basketbol Assosiasiyasında (NBA) “Los-Anceles Klippers”lə keçirilmiş matçda 17 xal toplayaraq, karyerasında 49 min 999-cu xalını qazanıb. O, daha 1 xal qazanacağı halda, NBA tarixində 50 minə çatan ilk basketbolçu olacaq.
Qeyd edək ki, Los-Anceles derbisi “Leykers”in 108:102 hesablı qələbəsi ilə yekunlaşıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı