Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib
15 mart 2025 322

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında yüksək nəticə göstərən güləşçilərimizi təbrik edib.
O, “X” hesabında sərbəst güləşçilərin öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu olmasını vurğulayıb.
"Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında güləşçilərimiz 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazandılar. Sərbəst güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu oldu. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazandı. Qadın güləşi üzrə millimiz 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü oldu. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu, Əsmər Cankurtaran (50 kq) isə bürünc medalçı oldu. Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazandı. Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik" - deyə paylaşımda bildirilib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı