Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib
23 aprel 2026 - 10:10 46
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma güləşi millisini təbrik edib.
Qurum rəhbəri bu barədə sosial şəbəkə hesabı vasitəsilə paylaşım edib.
O, güləşçilərin hər birinə təbrik ünvanlayıb:
"Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram".
Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 5 medal qazanıblar. Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.
Qitə birinciliyi aprelin 26-da başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa ... Ətraflı
Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub
Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında ... Ətraflı