Milan-Kortina-2026: Avstriyalı snoubordçu qış olimpiadaları tarixinin ən yaşlı qalibi olub
09 fevral 2026 - 09:54 19862
Avstriyalı snoubordçu Benjamin Karl qış olimpiadaları tarixinin ən yaşlı qalibi olub.
İdmançı bunu İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunlarında 40 yaş 115 günlüyündə paralel nəhəng slalom üzrə fərdi yarışda qızıl medal qazanmaqla reallaşdırıb.
İkiqat olimpiya çempionu adını qazanan idmançı bu göstəricidə norveçli Ole-Eynar Byorndalenin 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarında müəyyənləşdirdiyi rekordu (40 yaş 12 gün) yeniləyib.
Qeyd edək ki, B.Karl ilk olimpiya çempionluğunu 2022-ci ildə Pekində əldə etmişdi.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı