Milli komandamız qitə çempionatını 6 medalla başa vurdu
05 fevral 2023 52

Azərbaycan karateçiləri Kiprin larnaka şəhərində Yeniyetmə və Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.
Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışşında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib olub.
Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.
Bənzər xəbərlər

MOK rəsmisi ANOC-un idman direktorların seminarda iştirak edib
18-21 mart tarixlərində İordaniyanın paytaxtı Ammanda ANOC-un İdman Direktorlarının II ... Ətraflı

ASAPES-də inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) BP və ... Ətraflı