Xəbərlər

Milli Olimpiya Komitəsində Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri ilə görüş olub.

13 fevral 2020 783

13 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katorla görüşüb.

Görüşdə Yaponiya səfirliyinin Mədəniyyət və Təhsil şöbəsinin müdiri, 3-cü katib cənab İşikava Daiki, MOK-un Baş Katibinin müavini cənab Azər Əliyev iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycan Olimpiya Komandasının Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlığını, MOK-un Oyunların Azərbaycanda təbliğinə dair fəaliyyət planı və bu işlərin həyata keçirilməsində səfirliyin rolunu müzakirə etmək olub.
Cənab Hüseynzadə qonaqlara Milli Olimpiya Komitəsinin tarixi və inkişaf yolu haqqında, Tokio 2020 Yay Olimpiya Oyunlarının fərqli xüsusiyyətləri haqda qonaqlara ətraflı məlumat verib. Tokio 2020 Olimpiadasının əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Səfir Teruyiki Katori Azərbaycan idmançılarının Yapon İdman növləri üzrə yüksək nəticələr göstərdiklərini bildiridi. Yaponiya Azərbaycan idmançılarını güclü rəqib olaraq qəbul edir deyən səfir cüdoçuların yapon idmançılarla görüşlərdə əldə etdiyi naliyyəyyətllərini xüsusi olaraq vurğuladı. Səfir güləş üzrə yiğmanın Şiko şəhərində təlim məşq toplantısı keçirdiklərini də qeyd etdi.

1964-cü ildə Yaponiyada keçirilıən olimpiadada SSRİ yığma komandası tərkibində olan Azərbaycan idmançılarının yüksək nəticələr əldə etdiyini xatırladan Milli Olimpiya Komitəsinin vitse-prezident cənab Çingiz Hüseynzadə Tokio-2020 Olimpiadasının da Azərbaycan idmançıları üçün qələbə ilə yadda qalacağına əminliyini ifadə etdi.

Bundan sonra tərəflər Oyunların təbliğat kampaniyası və müvafiq sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.