Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
27 sentyabr 2025 - 18:27 522
27 Sentyabr Anım Günü ilə əlaqədar Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri Zəfər abidəsi önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. 44 gün ərzində Azərbaycan ordusu dünyaya öz gücünü göstərərək, düşmən üzərində şanlı zəfər qazanmışdır. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirlər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı






