Xəbərlər

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə MOK-un iclası keçirilib

27 aprel 2020 479

İclasda karantin dövründə MOK-un həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zaman bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokioda Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatmış idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələrədə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplamntılarının davam etdirilməsi üzərində iş aparılıb. Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib. Post-karantin dovründə MOK-un fəaliyyəti, xüsusilə Tokyo 2020 Oyunlarina hazirliqla əlaqadar umumi muzakirə aparılıb. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün tövsiyyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verildi.