Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub
09 fevral 2026 - 13:47 399
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub.
MPK-dan verilən məlumata görə, ilk baxışdan olduqca sadə görünən yeni loqo özündə böyük mənaları və Paralimpiya ruhunu ehtiva edir. Loqoda üçrəngli bayrağımızı sürətlə zəfərə doğru aparan paralimpiyaçımız əks olunub. Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir.
Komitənin adının aşağısında isə Beynəlxalq Paralimpiya Komitəsinin loqosu göstərilib.
Qeyd edək ki, loqo Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən rəsmi şəkildə təsdiqlənib.
1996-cı ildə təsis olunan və 2026-cı ildə 30 illik yubileyini qeyd edən Milli Paralimpiya Komitəsinin yeni loqoya uyğunlaşdırılmış yubiley loqosu da ictimaiyyətə təqdim edilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı