Millimiz Avropa çempionatına Mahaçqalada hazırlaşacaq
22 fevral 2023 1298
Bu gün sərbəst güləş üzrə millimiz təlim-məşq toplanışı keçmək üçün Dağıstana yollanıb.
Mahaçqalada təşkil olunacaq hazırlıq prosesində yığmanın 19 üzvü iştirak edəcək. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 57 kq), Ayxan Abdullazadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Rəşid Babazadə (hamısı 65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov, Fərid Cabbarov, Əşrəf Aşırov (hamısı 86 kq), Osman Nurmaqomedov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, İslam İlyasov (hər ikisi 97 kq) və Vaxit Qalayev (125 kq) təlim-məşq toplanışına cəlb olunub.
Qeyd edək ki, martın 9-dək davam edəcək toplanış qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı