Millimiz dünya çempionatına qələbə ilə başladı
21 noyabr 2022 909
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması İsraildə təşkil olunan komandalararası dünya çempionatında uğurlu start götürüb.
Çempionatın ilk günündə qruplarda iki tur oynanılıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan komandası ilk turda Özbəkistan şahmatçılarını məğlub edib 2,5-1,5. Bu oyunda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov partiyanı qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynadığı halda Aydın Süleymanlı məğlub olub.
Günün ikinci görüşündə təmsilçilərimizin rəqibi ABŞ komandası olub. Millimiz bu dəfə 3:1 hesablı qələbə qazanıb. Yığmanın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov görüşü qələbə ilə başa vurub. Qədir Hüseynovla Vüqar Əsədli heç-heçəyə razılaşıb.
Bu gün Azərbaycan millisi daha iki görüş keçirəcək. Günün ilk görüşündə Hindistan, ardınca isə Polşa rəqibimiz olacaq.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
