Millimiz ilk dəfə dünya çempionu oldu
28 avqust 2026 - 00:15 1752
“Sea Breeze” istirahət mərkəzində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında komandaların sıralaması müəyyənləşib.
Qadın güləşçilərimiz mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub. 54 xal toplayan yığmamız komanda hesabında dünya çempionu olub. Bu, Azərbaycan çimərlik güləşi tarixində qızlar arasında ilk belə uğurdur. ABŞ (53) ikinci, Yaponiya isə (52) üçüncü yeri tutub.
Oğlanların yarışında 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 85 xal toplayıb. Eyni miqdarda xal toplayan İran komandası əlavə göstəricilərə görə, 1-ci yeri tutub. Azərbaycan ikinci, Seneqal (32) isə üçüncü olub.
Xatırladaq ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Elcan Həsənovla (60 kq) Nihad Süleymanlı (80 kq) qızıl, Əlirza Heybətli (60 kq), Elgün Kərimli (90 kq) və Rəna Nuriyeva (65 kq) gümüş, Tunar Quliyev (70 kq), Ruslan Vəliyev (80 kq) və Simurə Abdullayeva (75 kq) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı