Millimizin növbəti rəqibi Lüksemburq seçməsidir
13 iyul 2023 830
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "B" divizionun oyunları davam edir. C qrupunda qərarlaşmış U-20 millimiz qrupdakı sonuncu oyununda Gürcüstan yığmasına 66-81 hesabı ilə məğlub olub. C qrupunda sonuncu pilləni tutmuş millimiz, 17 və 20 -ci yerlər uğrunda mübarizə aparacaq. U-20 yığmamızın bu mərhələdəki oyunu, 14 iyul Bakı vaxtı ilə saat 13:00 -da B qrupunu sonuncu sırada bitirmiş Lüksemburq seçməsinə qarşı baş tutacaq. Qarşılaşma FIBA -nın rəsmi "youtube" hesabından canlı yayımlanacaq.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı