Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
04 iyun 2026 - 23:49 236
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.
Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. "Tipos Arena"da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı