MOK-da Yaponiya səfirliyinin nümayəndəsi ilə görüş olub
11 fevral 2025 688
Fevralın 11-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Yaponiya səfirliyinin birinci katibi, səfirliyin mədəniyyət şöbəsinin müdiri Tsuçiya Taici ilə görüş keçirilib.
Görüşdə MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, həmin idarənin əməkdaşları Ceyhun Rəhmanov və Günay Əsgərova iştirak ediblər.
Görüşün əsas məqsədi Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində Yaponiya və Milli Olimpiya Komitəsi arasında sıx əməkdaşlığı və bu əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Əvvəlcə qonağı salamlayan MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov Azərbaycanın idman sahəsindəki nailiyyətləri və Olimpiya Oyunlarındakı çıxışı barədə məlumat verib. O, pandemiya şəraitində olmasına baxmayaraq, Yaponiya hökumətinin Tokio-2020 Yay Olimpiya Oyunlarına uğurla ev sahibliyi etdiyini bildirib.
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarındakı çıxışına toxunan Tsuçiya Taici isə cüdo idman növündə iki qızıl medalın qazanıldığını cüdonun vətəni olan Yaponiya üçün də maraqlı və yaddaqalan hadisə kimi dəyərləndirib.
Sonra çıxış edən beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov qonağa OCEP layihəsinin tarixi, inkişafı və fəaliyyəti haqqında ətraflı məlumat verib. Tokio-2020 Yay Olimpiya Oyunları zamanı OCEP çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin Tokioda yerləşən Magome İbtidai Məktəbini ziyarət etməsini xüsusi olaraq vurğulayıb.
Görüşdə həmçinin 2021-ci ildən etibarən Bakı Avropa Liseyinin Yaponiyanı təmsil etdiyi, son illərdə bu ölkədən olan digər məktəblə qardaşlaşdığı və birgə fəaliyyəti barədə danışılıb.
Görüş zamanı Bakı Avropa Liseyinin nümayəndə heyətinin Yaponiyanın Şika şəhərinə səfərinin təşkil olunması və qardaşlaşmış məktəblər arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri də müzakirə edilib.
Qonaq isə təkcə Şika şəhəri ilə deyil, digər şəhərlərin məktəbləri ilə də belə mübadilə proqramlarının təşklini məqsədəuyğun hesab edib. O, öz növbəsində bunun üçün qarşı tərəfdən gələn təkliflərin reallaşdırılması üçün dəstəklərini göstərəcəyini qeyd edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)