MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 14-cü Baş Assambleyasında iştirak edir
08 noyabr 2025 - 14:11 275
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirilir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev və MOK-un vitse-prezidenti Fərid Mansurov iştirak edir.
Əvvəlcə İSSA-nın 42-ci İcraiyyə Şurasının iclası olub. Daha sonra İSSA-nın Baş Assambleyasının iclası öz işinə başlayıb. İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSF-nin İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı

