MOK rəsmiləri AOK-un 51-ci Baş Assambleyasının iclasında iştirak edirlər
11 iyun 2022 1169
İyunun 10-11-də Makedoniyanın Skopye şəhərində Avropa Olimpiya Komitəsinin 51-ci Baş Assambleyasının iclası keçirilir. Şimal Makedoniya MOK-un prezidenti Daniel Dimeski, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak etdiyi iclasda “Paris–2024” Yay Olimpiya Oyunları, “Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq. Həmçinin 3-cü Avropa Oyunları – “Krakov və Malopolska-2023” Təşkilat Komitəsinin və “Pekin-2022” üzrə BOK təşkilat komitəsinin hesabatları dinləniləcək.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da AOK-un 51–ci Baş Assambleyasının iclasında iştirak edirlər.
Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2021-ci il maliyyə hesabatı, 2023-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı

