MOK-un əməkdaşı “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb
25 yanvar 2025 900
Yanvarın 24-də “Sportsman" jurnalının təsis etdiyi “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin ən yaxşıları nominasiyası üzrə qaliblərin adları açıqlanıb.
Mükafatlandırılanlar arasında Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşı Mirağa Əliyev də yer alıb. O "ilin idman fotoqrafı" nominasiyası üzrə qalib olub.
Məlumat üçün bildirək ki, Mirağa Əliyev ötən il "Culio Onesti” Fondu tərəfindən hazırlanmış dünya üzrə 500-dən çox fotoqrafın qoşulduğu VI beynəlxalq foto müsabiqədə “Gələcəkdə İdman və ətraf mühit” kateqoriyasında “Olimpiya Günü” fotosu ilə birinci yerə layiq görülüb. Həmçinin onun müəllifi olduğu “Qızıl əlcək - Ağacan Abıyev” filmi Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalında qısametrajlı film nominasiyası üzrə mükafata layiq görülüb.
MOK-la “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” çərçivəsində əməkdaşlıq edən Azərbaycan Kinomotoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Avrasiya Teleradio Akademiyasının akademiki Arzu Qulamov da “olimpiyaçılarımıza həsr olunan filmlərin çəkilişinə görə” nominasiyası üzrə qalib sırasında yer alıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı


