MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Kamerunda idman obyektlərinə baxış keçirib
11 may 2022 1545
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, “Kamerun–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadə Kameruna səfər edib.
MOK-un mətbuat xidmətinin məlumatına görə, Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kamerun Milli Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, idman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atangana, xarici işlər nazirinin müavini Mbaya Feliks ilə görüşüb.
Görüşlərdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı

.jpeg)

.jpeg)
.jpeg)

