Xəbərlər

MOKA-nın Baş Assambleyası keçirilib

19 iyun 2013 509

14-16 iyun 2013-cü il tarixlərində Cenevrənin Lozanna şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyalarının (MOKA) növbədənkənar Baş Assambleyası keçirilib.

İclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak ediblər.

Assambleya çərçivəsində MOKA-nın Konstitusiyasına təməlli dəyişiklik edilib və əlavələr qəbul olunub.

Assambleya zamanı 2020-ci il Yay Olimpiya Oyunlarını qəbul etmək üçün mübarizə aparan Tokio, İstanbul və Madrid şəhərlərinin namizədlik komitələrinin, Soçi-2014 Qış Olimpiya Oyunlarının, 2014-cü ildə Gənclərin II Olimpiya Oyunları keçiriləcək Nanjing, 2016-cı ildə XXXI Olimpiya Oyunlarının ev sahibi olan Rio De Janeiro, 2018-ci ildə XXIII Olimpiya Qış Oyunlarını keçirəcək Pyeongchang və 2016-cı ildə II Gənclərin Olimpiya Qış Festivalına ev sahibliyi edəcək Lillehammer şəhərlərinin təşkilat komitələri təqdimatla çıxış ediblər. Tədbir zamanı proqram çərçivəsində MOKA-nın yeni iqamətgahının açılışı olub.

MOKA-nın konstitusiyasına edilən əlavələr sırasında qadınların dünya idman ictimayyətində rolunu artırmaq məqsədilə hər qitədən bir nəfər xanım nümayəndə olmaq şərtilə beş qitəni təmsil edən xanım nümayəndələrin tədbirdə iştirakı nəzərdə tutulub.

Avropa qitəsini təmsil etmək şərəfi Avropa Olimpiya Komitəsinin Prezidenti tərəfindən AOK-un “İdmanda Qadın və Bərabərlik” Kommisiyasının üzvü Könül Nurullayevaya verilib.