Murad Məmmədov: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var
12 may 2024 1208
“Turnirə yaxşı hazırlaşmışdım. Məqsədim lisenziya qazanmaq idi. Şükür ki, məqsədimə çatdım”.
Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarında iki əsas rəqibinin olduğunu bildirib: "Bunlar Qırğızıstan və Yaponiya güləşçiləridir. Üç aya yaxın bir vaxt var. Bu müddət ərzində həm taktiki, həm texniki baxımdan çalışacağam və onlara da qalib gələcəyəm. Hazırkı çəkimdə özümü yaxşı hiss edirəm. Daha əvvəl 66 kiloqramda mübarizə aparırdım. İlk dəfə idi çəki salırdım. Bədənim və beynim rahat idi".
Qeyd edək ki, Murad Məmmədovla yanaşı, Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti də (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər. Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı