Muzeylər günündə şahmat yarışı
19 may 2023 1363
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyi Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı və "Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi" İctimai Birliyinin dəstəyi ilə "18 may- Beynəlxalq Muzeylər Günü”nə həsr olunan seans təşkil olunub. “Qlobal sağlamlıq və xoş rifah" şüarı altında fiziki məhdudiyyəti olan səxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, İslam dünyasının ilk qadın şahmatçı qrossmeysteri, Azərbaycan Ailə Qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova, Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev iştirak edib. Çıxış edən qonaqlar qeyd ediblər ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən belə tədbirlər bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılmasına dəstək olur.
Seansda eyni anda 20 lövhədə müxtəlif yaş qruplarından olan şəxslər beynəlxalq qrossmeyster ilə mübarizə aparıblar.
İştirakçılar fəal oyuna görə Milli Azərbaycan Tarixi Muzeyi adından təşəkkürnamə ilə təltif olunublar.
Bənzər xəbərlər
İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir
Hazırda dünyada problemlər ən çox sıxlıq olan şəhər mühitlərində baş ... Ətraflı
Anar Bağırov: Şəhər planlaşdırması zamanı idman mütəxəssislərinin də rəyi öyrənilməlidir
Park və məktəb həyətləri yalnız yaşıllıq üçün istifadə olunmalı deyil. ... Ətraflı