Nazirlik əməkdaşları badminton yarışında mübarizə aparıblar
05 mart 2025 601
“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir.
Martın 4-də Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında badminton yarışı keçirilib.
“Volan” badminton klubunda təşkil olunan, maraqlı və əyləncəli keçən yarışın sonunda qadınlar arasında Nərmin Əhmədova (İctimaiyyətlə əlaqələr şöbəsi) birinci olub. İlahə Çələbiyevə və Aysu Kərimzadə (hər ikisi İdman şöbəsi) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Mikayıl Novruzov, Hüseyn Quliyev, Rəşad Rəsulov (hər üçü İdman şöbəsi) fərqləniblər.
Qaliblərə nazirliyin medal və diplomu təqdim edilib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı