Neftçi Şuşada ilk qələbəsini qazanıb
12 iyun 2023 998
12 iyun Dünya Qadın Seriyasının Şuşa mərhələsində qrup oyunları start götürüb. Turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov və bir sıra qonaqlar iştirak ediblər. Açılış oyunu Almaniya və Türkiyə milliləri arasında baş tutub. Bu görüşdə Almaniya millisi 17-9 hesablı qələbə qazanıb. B qrupunda isə Niderland, "G FLOU" (Yaponiya) klubunu 15-9 hesabı ilə məğlub edib. A qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 20-11 hesabı ilə qalib ayrılıb. B qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, macarlarla oyunda 21-6 hesablı məğlubiyyətlə üzləşib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı