Niderlandlı üzgüçü dünya rekordunu yeniləyib
26 oktyabr 2025 - 11:00 465
Niderlandlı üzgüçü Kaspar Korbo dünya rekordunu yeniləyib.
O, buna Kanadanın Toronto şəhərində keçirilən Dünya Kubokunda 200 metr brass üsulu üzrə üzməkdə nail olub.
K.Korbo məsafəni 1 dəqiqə 59,52 saniyəyə qət edib.
Qeyd edək ki, əvvəlki rekord 2018-ci ildə Hançjoudakı dünya çempionatında (2 dəqiqə 0,16 saniyə) rusiyalı Kirill Priqodaya məxsus idi.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı