Niyaməddin Paşayev: “İdmanda əziyyəti olanların hamısını bayram münasibəti ilə təbrik edirəm”
04 mart 2025 739
“5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edirəm”.
Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev "Hərbi Qənimətlər Parkı”nda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.
Dünya çempionu idman günü ilə bağlı aksiyada keçmiş idmançı və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi kimi iştirak etdiyinə görə qürur duyduğunu bildirib:
“2024-cü ildə uğur qazanmış idmançıları, onların məşqçilərini təbrik edirəm. 5 mart biz idmançıların və idman xadimlərinin bayramıdır. İdmanda əziyyəti olanların hamısını bayram münasibəri ilə təbrik edir, onlara 2025-ci ildə uğurlar arzulayıram. Bu gün belə bir aksiyada iştirak etdiyimə görə sevinirəm.”
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı