Nurlan Paşayev: "Qələbəmdə məşqçilərimin əməyi danılamzdır"
02 may 2024 1188
"Yarışa yüksək səviyyədə hazırlaşmışdıq"
Bu sözləri “Prezident Kuboku-2024” beynəlxalq reqatasında gümüş medal qazanan avarçəkənimiz Nurlan Paşayev deyib.
Təmsilçimiz yarışla bağlı təəssüratlarını böüşərək bunları deyib: "Belə bir yarışda iştirak iştirak etmək və medal qazanmaq qürurvericidir. Sevinirəm ki, mükafatçılar sırasında yer aldım. Yarışın sonlarına yaxın tempi artırmalı idim, lakin gücüm çatmadı. Bu da yekunda birinci olmağıma mane oldu. "Prezident Kuboku" yarışında ötən il də iştirak etmişdim. Həmin yarışda bürünc medala sahib çıxmışdım. Bu dəfə isə ikinci yeri tutdum. Qələbəmdə məşqçilərimin əməyi danılamzdır. Onların sayəsində nəticələrimi yaxşılaşdırdım".
Qeyd edək ki, N.Paşayev akademik avarçəkmə növündə 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 1500 məsafəyə yarışda gümüş medala layiq görülüb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı