Xəbərlər

OCEP çərçivəsində məktəblilər arasında 3x3 formatında basketbol yarışı keçirilib

22 dekabr 2023 287

Milli Olimpiya Komitəsi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən 3x3 formatında basketbol yarışı təşkil olunub. 

 

20-21 dekabr tarixlərində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində keçirilən basketbol yarışında hər komandada 4 nəfər olmaqla ümumilikdə 8 OCEP məktəbinin oğlan və qızlardan ibarət komandaları iştirak edib.

 

Oğlanların komandasından Məktəb lisey Kompleksi 1-ci yer, 60 nömrəli məktəb 2-ci yer, Bakı Avropa liseyi və Akademik Zərifə Əliyeva adına lisey 3-cü yeri tutub. 

Qızlar arasında isə 1-ci yeri 23 nömrəli məktəb, 2-ci yeri 189-190 nömrəli məktəb, 3-cü yeri isə Məktəb lisey Kompleksi və Bakı Avropa Liseyi bölüşüb. 

 

Yarışda həmçinin oyunun ən məhsuldar oyunçuları 23 nömrəli məktəbin şagirdi Sibel Rəsulzadə, Məktəb lisey Kompleksindən isə İbrahim Azər seçilib.

 

3x3 basketbol yarışının ilk günündə 13-15 yaşlı şagirdlərdən ibarət 16 OCEP məktəbinin oğlan və qızları qələbə uğrunda qüvvələrini sınayıblar. Yarışın 2-ci (yarım-final və final) günündə oğlanlardan və qızlardan ibarət 4 məktəbin komandası 1-ci yer uğrunda mübarizə apardılar. 

 

Sonda hər bir iştirakçı medal, sertifikat və xüsusi hədiyyələrlə mükafatlandırılıb və qaliblərə kuboklar təqdim olunub.

 

Xatırladaq ki, Olimpiya hərəkatı və onun hörmət, dostluq, mükəmməllik dəyərlərini özündə birləşdirən “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal-hazırda yalnız Avropa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti